17.09.2024, 00:55
AZ EN
27.09.2022, 17:29 138

Ermənilər yenə “Dəmir yumruq” istəyirlər

YAZILAR
  • Sentyabrın 27-də bütün gün ərzində erməni yazılı və elektron informasiya vasitələrində Ermənistanın ilk prezidenti Levon Ter- Petrosyanın “Birinci dalğa” televiziyasına müsahibəsində səsləndirdiyi fikirlər şərh olunub. O, Ermənistanın sabiq prezidentləri ilə görüşündə nədən danışıldığını konkret açıqlayıb və əlavə edib ki, “indi də bu fikirdəyəm “arsax” məsələsinin həllində açar Rusiyanın əlindədir... Hazırda Rusiyanın problemi o qədər çoxdur ki, həmin açarı itirə bilər”.

Ermənistanın müxtəlif siyasi icmalçıları, ekspertləri bununla bağlı fikir bildirərkən daha çox vurğulayıblar ki, L.Ter-Petrosyan Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının tərəfdarı olduğunu nümayiş etdirməklə həm də onu demək istəyir ki, Ermənistan iqtidarı Qarabağ məsələsindən əlini üzüb. Daşnaksütyun partiyasının funksioneri Arman Rustamyan sentyabrın 27-də Yerabulur hərbi qəbiristanlığında məzarları “ziyarət” etdikdən sonra verdiyi müsahibədə xüsusi vurğulayıb ki, Paşinyan iqtidarının  uğursuzluğu nəticəsində hazırda danışıqlar masasında yalnız kapitulyasiya barədə sənəd var. L.Ter-Petrosyan məhz həqiqəti söyləyib və  sabiq prezidentləri də inandırmağa çalışıb ki, reallıqla barışılmasa, Ermənistanın itkiləri daha çox olacaqdır.

Xocalı qatili Seyran Ohanyan isə müsahibəsində bir-biri ilə uyğun gəlməyən ifadələr səsləndirib. O, jurnalistlərə bildirib ki, canlı itkilərin az yaxud çox olması önəmli deyil, əsas məsələ müharibənin necə sonunclanmasından ibarətdir. O, özü müdafiə naziri olarkən çox iş görüldüyünü, amma Paşinyan iqtidarının məğlubiyyətlə barışdığını xüsusi əda ilə bildirib. Ümumiyyətlə, L.Ter-Petrosyanın xalqı birliyə çağırması və reallıqlarla barışmasının vacibliyini bildirməsi müxalifət rəhbərlərini və tərəfdarlarını, xüsusilə Qarabağ klanını ciddi narahat edir. Onlar xalqı birləşərək mövcud durumdan çıxmaq üçün ciddi mübarizəyə, yəni müharibəyə başlamanın yeganə variant olduğunu bildirirlər. “Hraparak” qəzetinin onlayn səhifəsində müxbir Karen Martrosyanın bununla bağlı fikirləri isə Ermənistanda saxta vətənpərvərliyin hələ də prioritet olduğunu sübut edir.

Yerabulurda iki il öncə müharibədə ölmüş hərbçilərin  valideynlərinin və qohumlarının “24 NEWS”a verdiyi müsahibələrdə də Ermənistanın indiki reallığı aydın görünür. Bir qadının dediyi “bizim oğlanları türklər deyil, öz ermənilərimiz öldürdülər. Bir məsəl var - deyirlər ki, türklər öndən üzbəüz, bizimkilər isə arxadan zərbə vurmaqda ustadır. Zabitlər döyüş vaxtı balalarımızı qoyub qaçıblar. İndi isə “qəhrəmana” dönüb yeni müharibə istəyirlər”. Nə vaxtsa baş verəcək müharibəyə daha övlad göndərməyəcəyini bildirən başqa bir valideyn isə deyib ki, Azərbaycan bu dəfə “Dəmir yumruğu”nu hakimiyyətdəkilərin başına endirsə, daha yaxşı olar.”  

Nəsib QARAMANLI

Oxşar xəbərlər