09.06.2025, 02:07
AZ EN
06.03.2023, 12:54 451

Keçinin ölümü gəlib

YAZILAR
  • Xocalı qatili Serj Sarkisyanın bandasından ibarət olan "Badiv unem" fraksiyasının üzvləri özlərini "Şərəfim var” adlandırsa da şərəfsiz və təxribatçı olduqlarını daim sübut edir.

Onların ön sırasında isə Tiqran Abrahamyanın olduğu hamıya bəllidir. Martın 6-da özünün FB hesabındakı növbəti paylaşımı ilə tarixi faktları soyuna xas şəkildə ayaqlamağa cəhd edən bu qadın maneralı deputat Azərbaycanın ünvanına növbəti təxribatlarını yazıb. Martın 5-dəki şərəfsizliklərini də Azərbaycanın silahlı qüvvələrinin bölmələrinin adına "propiska" etməyə çalışan Tiqran elə öz məntiqi ilə də şərəfsizlik çuxuruna düşüb çabalamaqdadır.

Təkcə ordularının deyil, həm də Qərbi Azərbaycandakı hay toplumunun şərəfsiz və qorxaq olduğunu hələ ötən martından sentyabrın ortalarına qədər davam edən etiraz aksiyaları zamanı dəfələrlə etiraf edən Tiqranın indi hayların ordusuna müasir ordu damğası yapışdırmaq cəhdi onun deputat deyil,stajlı təxribatçı olduğunu  deməyə tam əsas verir. Bu dəfə guya qalib gələcəklərini tutuquşu kimi təkrarlayan şərəfsizin Ermənistan hakimiyyətinin ünvanına hansı ədəbsiz ifadələr işlətdiyini, əlbəttə özləri bilər, amma bir atalar sözünü xatırlamaq yerinə düşər: keçinin ölümü gələndə çobanın çomağına sürtünür...

Nəsib

Oxşar xəbərlər