22.12.2024, 17:18
AZ EN
27.09.2022, 10:00 426

Paşinyan yenə sərsəmlədi

YAZILAR
  • Sentyabrın 26-da Fransaya rəsmi səfərə gedən və Yenisey sarayında Fransa prezidenti Makronla görüşən Nikol Paşinyanın çıxışı barədə sentyabrın 27-də müxtəlif qəzetlərdə və saytlarda xəbərlər yayılıb.

Qeyd olunur ki, E.Makron öz çıxışında Paşinyanı salamladıqdan və onun gəlişindən məmnunluğunu ifadə etdikdən sonra qeyd edib ki, guya Ermənistan və Azərbaycan sərhədlərindəki gərginlikdə Azərbaycan günahkardır və ona görə də Ermənistanı dəstəkləyib, gələcəkdə isə bu missiyanı yenə davam etdirəcəkdir. Müxtəlif görüşlərdə, telefon danışıqlarında Ermənistana dəstək verdiyini xüsusi qeyd edən Fransa prezidenti Azərbaycan Respublikasının pprezidenti cənab İlham Əliyevlə də bu barədə dəfələrlə söhbət etdiyini diqqətə çatdıraraq regionda sülhün və əmin-amanlığın bərpasına, Avropa İttifaqının sözügedən istiqamətdə işlərinə dəstəkçi olacağını bəyan edib. Nikol Paşinyan çıxışında səmimi qəbula Ermənistanı daim dəstəklədiyinə görə E.Makrona minnətdarlığın bildirdikdən sonra yenə də bütün gərginliklərin səbəbkarı kimi Azərbaycanın ünvanına tənqidi fikirlər səsləndirib. Sərhəddəki gərginliyin hələ də tam aradan qalxmadığını vurğulayan Ermənistan rəsmisi öz separatçı ənənəsinə sadiq qalaraq Fransadan Qarabağda yaşayan ermənilərin müəyyən siyasi statusa malik olmalarına dəstək göstərməyi bildirib.

Başqa ölkələrə səfəri kimi Fransaya səfəri də müxtəlif cür şərh edilən Nikol Paşinyanın haqqında «Faktor» qəzetində yazılan «Makron daşdımı, dəmirdimi ki, Nikol Paşinyanın sözlərinə tab gətirir?» cümləsi isə N.Paşinyanın hər kəsi bezdirdiyini deməyə əsas verir.

Nəsib Qaramanlı

Oxşar xəbərlər