31.07.2025, 05:16
AZ EN
21.09.2022, 12:50 425

Ermənilər müstəqillik günündə dava salıblar

YAZILAR
  • 1990-cı ilin 29 avqustunda müstəqillik bəyannaməsi qəbul edən Ermənistan Ali soveti həmin vaxt Qorbaçov iqtidarı tərəfindən qınanmaq əvəzinə dəstəkləndi. 1991-ci il sentyabrın 21-də isə dövlət müstəqilliyi üçün referendum keçirildi və bu 2 gün sonra Ermənistan Ali Soveti, bir həftə sonra isə SSRİ Ali Soveti tərəfindən təsdiqləndi.

Artıq 31 ildir ki, ermənilər 21 sentyabrı dövlət müstəqilliyi kimi qeyd edirlər. Əvvəlki illərdən fərqli olaraq bu il dövlət müstəqilliyi günündə qohumları müharibədə həlak olmuş şəxslərlə hakimiyyət nümayəndələri arasında öncə mübahisə, sonra isə toqquşma olmuşdur. «Hraparak» media qrupunun yaydığı videoçarxda görünür ki, polislər müharibədə həlak olanların dəfn olunduğu «Yerabulur» adlanan yerə toplaşmış vətəndaşları güclə oradan uzaqlaşdırır. Həmin vətəndaşlardan birinin jurnalistə verdiyi müsahibədən aydın olur ki, onlar gecəni məhz «Yerabulur»da keçirərək baş nazir Nikol Paşinyanın səhər tezdən «ziyarətə» gəlməsini gözləyiblər ki, doğmalarının taleyi ilə bağlı məlumat alsınlar. Amma polis onları qeyd olunan ərazidən uzaqlaşdırmağa cəhd edərkən əlbəyaxa dava başlayıb.

Müstəqillik günü ilə bağlı xalqa müraciət edən N.Paşinyan isə yenə də ermənilərin «qəhrəmanlığın»dan danışıb və ölkənin xoşbəxt gələcəyi olacağını bildirib.

Qeyd edək ki, sözügedən olayla bağlı digər erməni saytları da müxtəlif videoçarxlar təqdim edib.

Nəsib Qaramanlı

Oxşar xəbərlər