Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazir Janna Andresyan özünün feysbuk hesabında paylaşım edib ki, müəllimlərin könüllü attestasiyası ilə bağlı ərizələrin qəbulu iyun ayının 7-də başa çatacaq, attestasiya isə sentyabr ayında keçiriləcəkdir. Erməni nazir onu da əlavə edib ki, «Ümumdünya tarixi», «Erməni tarixi» fənləri eyni testlərdə yerləşdirilib. «İbtidai hərbi hazırlıq», «Bədən tərbiyəsi», «Musiqi», «Rəsm», «Texnologiya» fənləri üzrə test imtahanları isə pedaqoji universitetlərin mütəxəssislərindən ibarət komissiya tərəfindən aparılacaqdır. Nazir onu da əlavə edib ki, test imtahanları zamanı tələb olunan balı toplaya bilməyənlərin əmək haqqına mənfi təsir olmayacaq, “erməni tarixi” üzrə yüksək nəticə göstərən müəllimlərin əmək haqlarına isə müəyyən artımlar ediləcəkdir. Aydın görünür ki, saxta tarixi tədris edənlər bundan sonra canfəşanlıqla yeni nağıllar uyduracaqlar.
Nəsib QARAMANLI