Azər Qismət yazır:
Qərb ölkələrinin nümayəndələri də Laçınla dövlət sərhədinə yığışıb.
Siyasi riyakarlıq anlayışı onların alnına yazılıb ki, gah Azərbaycanı dəstəkləyirlər, gah da qitəyə heç bir xeyri dəyməyən Ermənistanın ardınca düşürlər.
Ermənistan tərəfindən nəqliyyat vasitələrinin Laçın dövlət sərhədinin keçid məntəqəsində cəmləşdirilməsi siyasi şou, manipulyasiyadır və növbəti təxribata cəhddir.
Azərbaycanın mövqeyi birmənalıdır ki, Rusiya sülhməramlıların müvəqqəti yerləşdiyi ərazilərə malların daşınması üçün Ağdam-Xankəndi yolu istifadə oluna bilər.
Yolun texniki və təbii göstəriciləri, xüsusilə işğaldan sonra yenidən qurulmaqda olan Bərdə-Ağdam yolu malların daha sürətli və səmərəli şəkildə çatdırılmasına imkan yaratdığı halda, özünü qondarma rejimin təmsilçiləri adlandıran şəxslərin bu yoldan istifadədən imtina etmələri tamamilə anlaşılmazdır. Malının tez daşınmasını istəyən şəxslərə Azərbaycanın təklif etdiyi marşrut sərfəlidir, nəinki köhnə yol. Bunu bilmirlər? Yaxşı bilirlər. Sadəcə, bu, onların "qüruruna" toxunur və bunu Azərbaycanın vəziyyətə nəzarəti ələ götürməsi kimi yozurlar:
"Birincisi, Azərbaycan qalib ölkədir, vəziyyət onun nəzarətindədir və daim belə də olacaq.
İkincisi, marşrutu Azərbaycan tərəfi təklif edir, bunda da qanunsuzluq yoxdur. Belə ildırım sürətli təxribat siyasi xarakterlidir, belə şou alınmayacaq. Havadarların canfəşanlığı isə sabun köpüyü effekti verəcək", - yazıçı vurğulayıb.
Hazırladı: Tahirə AĞAMİRZƏ