22.11.2024, 04:18
AZ EN
18.10.2024, 17:32 200

Azərbaycanın COP29-a ev sahibliyi ölkəmizə bir çox dividendlər qazandıracaq

YAZILAR
  • Azərbaycan COP29-a ev sahibliyi etməklə iqlim sahəsində bir çox mühüm uğurlara nail olmağı planlaşdırır. Biz havanın çirklənməsi səbəbindən getdikcə dünyada iqlim dəyişmələrinin daha böyük miqyasda fəsadlar yaratmasının şahidi oluruq. Yəni, dünyamız bu prosesdən ciddi əziyyət çəkir. Bu gün karbon emissiyalarının azaldılması ilə bağlı dünyada geniş müzakirələr aparılır. Azərbaycanın COP29-a ev sahibliyi ölkəmizə bir çox dividendlər qazandıracaq.

Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, Azərbaycanın ən birinci hədəfi yaşıl enerji üzrə lider ölkələrlə əlaqələrin, təmasların qurulması, maliyyə mərkəzlərinin dəstəyi və sərmayəsi ilə bu istiqamətdə enerji keçidini təmin etməkdir. Azərbaycanın alternativ enerji mənbələrinə çıxışı hamıya məlumdur. Bizim bu gün əsas hədəfimiz və məqsədimiz bu sahədə sərmayənin həm də ölkəmizə cəlb edilməsi, bunun üçün maliyyənin təmin olunmasıdır. Digər məsələ isə bu sahədə dünyada əldə edilmiş uğurların, eyni zamanda, həmin istiqamətdə lider olan ölkələr tərəfindən Azərbaycana texnoloji transferin reallaşdırılmasıdır. Ölkəmiz, həmçinin bu cür əməkdaşlıqla həmin sahədəki avadanlıqların gələcəkdə Azərbaycanda təmirini və saxlanılması ilə bağlı proseslərin təşkilini planlayır. Bu istiqamətdə addımlar çox önəmlidir. Azərbaycanın çox geniş potensialı var. Ölkəmiz bu sahədə lider ölkələrlə münasibətlərin təhsil sahəsində əməkdaşlığını daha da gücləndirir.

“Burada yaşıl enerjinin təşviqi prosesinə rəvac verməklə yeni qazanc sahələrinin yaranmasına, həmçinin xərclərin optimallaşmasına da nail olunacaq. Bir sözlə, Azərbaycan bu prosesə öz töhfəsini verməklə yaşıl enerjiyə keçidi təmin edir, bu sahədə lider ölkələrlə əməkdaşlığını daha da gücləndirir. Eyni zamanda, Azərbaycan bu gün bir sıra ərəb ölkələri ilə - Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi ilə əməkdaşlıq edir və sərmayəni cəlb edir. Yaşıl enerji ilə bağlı avadanlıqların ölkəmizə gətirilməsi və burada təmir sisteminin qurulması da yeni iş yerlərinin yaradılmasına, eyni zamanda, ölkəmizə maliyyənin cəlb edilməsinə, bu sahədə uğur qazanmış ölkələrin təcrübəsinin Azərbaycana gətirilməsinə ciddi töhfə verəcək”, - deyə Milli Məclisin deputatı qeyd edib. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR