22.11.2024, 00:01
AZ EN
17.09.2024, 15:29 241

Ermənistanda qalmaqallı həbslər olacaq

YAZILAR
  • Uzun müddətdir ki, Cənubi Qafqazın siyasi mənzərəsinin rəngi tez-tez dəyişir. Səbəb isə Azərbaycanın yaratdığı sülh şəraitindən istifadə etmək əvəzinə, Ermənistanın aranı qarışdırmasıdır. Bu qarışıq vəziyyət 44 günlük müharibədən bəri qalmaqda davam edir. Artıq bir neçə gündür ki, region mediası Ermənistanın baş naziri Nikol Paşinyanın bölgədəki son vəziyyətlə bağlı açıqlamalarına geniş yer verir. Amma bu açıqlamalar daxili auditoriyanın heç də xoşuna gəlməyib.

Belə ki, baş nazir iddia edir ki, Qarabağda 44 günlük müharibədən sonra ordunun arsenalından xeyli sayda silah-sursat müəmmalı şəkildə  yoxa çıxıb.  Erməni nazirə həmin silahların bir hissəsinin quş olub göyə uçmadığını, hara getdiyini göstərə bilərik. Son nəfəsini verən separatçı qüvvələr bizim torpaqlarımızda bizə silah tuşlamaq üçün  ordudan silah oğurlayıb və bu silahlar qanunsuz yollarla Qarabağa daşınıb. Bunlar fakt olaraq media vasitəsilə yayımlansa da,  təbii ki, Ermənistan tərəfindən təkzib mövqeyinə keçilir.

“Ermənistan ordusunun üzvü olmayan könüllü dəstələrin,  təşkilatların Ermənistan ordusunun balansında olan silahlarla təmin edildiyinə dair dəfələrlə çıxış etdik”. Bu sözləri hərbi ekspert Ədalət Verdiyev mətbuata açıqlamasında deyib. O, əlavə edib ki, Ermənistanda həm döyüş meydanında, həm  müharibə zamanı, həm antiterror zamanı, həm digər sərhəd toqquşmaları zamanı atıb getdiyi silahlar, həm də vəzifəli şəxslər tərəfindən bu silahların qeyri-qanuni olaraq mülki şəxslərə verilən saydan faydalanması da daha çox silahın verildiyini nümayiş etdirməklə, həmin silahları terror təşkilatlarına da verməsi, tamamilə mümkündür: “Görünür, bu barədə artıq Paşinyan bəlli bir məlumatlar və inandırıcı faktlar əldə edib. Hesab edirəm ki, yaxın 1, ya 2 ay ərzində  biz Ermənistanda  qanunsuz silah dövriyyəsi ilə bağlı  səs-küylü və yüksək vəzifəlilərin  həbsi ilə müşayiət olunan xəbərlərlə tanış olacayıq”,- deyə hərbi ekspert vurğulayıb.

Bütün bunlar bir kənara, ermənilərin torpaqlarımızın bağrına doldurduqları minalar, kustar üsullarla hazırlanmış partlayıcılardan xalqımız hələ də əziyyət çəkir. Üstəlik bu minaların xəritəsi də verilmir. Hazırda sülh sənədi üzərində danışıqlar gedir. Prosesin yaxın zamanlarda  bitəcəyi sadəcə, ümid olaraq qalır. Lakin  bir tərəfdən də Paşinyan  oğurlanan silahların yerini indi Hindistan, Fransa və Cənubi Koreyadan aldığı hücum silahları ilə doldurmağa çalışır. Belə olan halda isə bu alış-verişin bölgəni hara aparacağı sual altında qalır...

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər