“Fransa Parlamentində Bakı Təşəbbüs qrupunun fəaliyyətinin yoxlanılması üçün xüsusi tətqiqat komissiyası yaradıldı. Xüsusi tətqiqat komissiyasının üzvləri fransız nazirlər və fransız deputatlar idi. Burada Azərbaycanda beynəlxalq tədbirlərdə iştirak etmiş deputatlar dindirildi. Siyasi partiya rəhbərləri dindirilmişdi. Bu tətqiqat komissiyası Bakı Təşəbbüs Qrupunun fəaliyyətini qanuna zidd və beynəlxalq hüquq müddəalarına zidd bir əməlini aşkar edə bilməmişdir. Bir müddət sonra, yəni bir, iki ay bundan öncə fransız hökuməti yeni bir qanun qəbul etdi ki, Fransanın bu dənizaşırı ərzilərində, daha doğrusu, kaloniyalarında yaşayan və fəaliyyət göstərən müstəqillik hərəkat rəhbərlərinin beynəlxalq tədbirlərdə iştirak etmədən öncə fransa hökumətini məlumatlandırmalıdır”.
Bu sözləri Bakı Təşəbbüs Qrupunun icraçı direktoru Abbas Abbasov “ARB24”-ə açıqlamasında deyib.
Fransa beynəlxalq səviyyədə imicinin pisləşdiyini yaxşı anlayır. Bəlkə də Bakı Təşəbbüs Qrupunun fəaliyyətinin ilk vaxtlarında Azərbaycanın bu məsələdə əldə edəcəyi irəliləyişləri müşahidə edə bilmirdi. Amma indi vəziyyət dəyişib.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynovun fikrincə, Paris Azərbaycanın həyata keçirdiyi bu siyasətin bu qədər nəticə yönümlü olacağını düşünmürdü və artıq Yeni Kalidoniya və digər ərazilərdə əsas ümid etdikləri dövlət Azərbaycandır: “Azərbaycan bayrağını biz bir neçə dəfə burda keçirilən nümayişlərdə görmüşük. Bu da onu deməyə əsas verir ki, Azərbbaycanın həyata keçirdiyi bölgə siyasəti qəbul olunur və Fransa əleyhinə irəli sürülən tezislər öz məntiqi nəticəsini tapır”,- deyə sektor müdiri əlavə edib.
Digər tərəfdən, Fransa bununla Azərbaycana qarşı qərəzli mövqeyini bir daha ortaya qoyur.
Tahirə AĞAMİRZƏ