“Azərbaycan Qarabağdan sonra Ermənistanın cənubuna hücum edəcək” kimi fikirlər ermənilərin və onları dəstəkləyən mərkəzlərin canına qorxu salıb. Politoloq İlyas Hüseynov “ARB”-yə açıqlamasında bildirib ki, Azərbaycanın belə bir fikri yoxdur və əminəm ki, belə bir fikir olsaydı çoxdan icra olunmuşdu: “Hətta buna hüquqi əsaslar da var. Zəngəzur dəhlizi mütləq açılmalıdır. Ermənistan üçtərəfli birgə bəyanata imza atıb. 9-cu maddə icra olunmamış qalır. Lakin Azərbaycan güc yolu ilə, hərbi yolla bu məsələnin həllinin tərəfdarı olmadığını da göstərməkdədir”,- deyə politoloq vurğulayıb.
Son iki həftə müasir dövrdə Cənubi Qafqazın tarixində bəlkə də ən sakit vaxtdır. Region sülhə doğru getdiyi bir vaxtda Amerika və Fransa bölgədən əl çəkmir. Ermənistanı silahlandırır və bu yolla yenidən regionu silahlı qarşıdurma poliqonuna çevirməyə çalışırlar.
Hazırladı: Tahirə AĞAMİRZƏ