Belə ki, o, ölkəsinin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxa biləcəyini istisna etmədiyini deyib. O qeyd edib ki, Ermənistanın regiondan uzaqlaşmaması çox önəmli məsələdir.
Görəsən, rəsmi İrəvan indiki vaxtda bu riskli addımı atacaqmı?
Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri, politoloq Samir Hümbətov mətbuata açıqlamasında məsələyə münasibət bildirərkən deyib ki, KTMT-dən çıxmaq üçün müəyyən prosedurları keçmək lazımdır: "Yəni Ermənistan öz istəyi ilə çıxa bilməz. Rəsmi İrəvan KTMT-dən çıxmaq üçün bütün prosesləri keçməlidir. Hətta Ermənistanın KTMT-dən çıxması ona yaxşı heç nə vəd etmir. Nəzərə almaq lazımdır ki, rus qoşunları Ermənistan ərazisindədir. Bəlkə də ABŞ-nin təhrikiylə bu məsələni gündəmə gətirir. Ola blər ki, Rusiyadan nə isə qoparmaq üçün belə açıqlamalar verilir”.
İndiki halda Ermənistanın KTMT-dən çıxması onun özünə ziyan verəcək: “Bu, Ermənistanın hansısa təhlükəsizlik çətirindən çıxması demək olacaq. Qərb ölkələri onların üzərində daha çox təzyiq göstərəcək və öz istədiklərini diqtə edəcəklər.
Halbuki rəsmi İrəvan hazırda Rusiya ilə Qərb arasında ikili oyun oynayır. Həmçinin, Ermənistanın müdafiə qabiliyyətinin artırılması üçün veriləcək Qərb silahları artıq Rusiyanın legitim hədəfinə çevriləcək.
Yəni Ermənistanın indiki vəziyyətdə KTMT-dən çıxması və ya buna təşəbbüs göstərməsi onun özünə ciddi ziyan verəcək. Üstəlik, Ermənistan daxilində Rusiyanın kəşfiyyat orqanları da çox güclü işləyir. Qərbin silah-sursatlarının yerləşmə yerləri onların nəzarəti altında olacaq.
Eyni zamanda, Ermənistanın daxilində qeyri-stabil vəziyyətin yaranmasına şərait yarada bilərlər. İstər ordu daxilində, istərsə də cəmiyyət arasında Rusiyaya bağlı qüvvələr daha da aktivləşə bilər”.
Politoloq S.Hümbətov daha sonra əlavə edib ki, KTMT-dən çıxarsa, Qərb Ermənistanı Azərbaycanla müharibəyə təhrik edə bilər:
“Bu isə Ermənistanın ciddi zərbə alması, hətta dağılmasına gətirib çıxara bilər. Ermənistan Azərbaycana hər hansısa hücum etsə, anında qarşılığını alacaq.
Üstəlik, bu, Rusiya-Ukrayna müharibəsi kimi bir neçə il çəkməyəcək. Azərbaycan Ordusu bir neçə günə, hətta bir neçə saata Ermənistanı yer üzündən silə bilər”,- deyə politoloq vurğulayıb.
Tahirə AĞAMİRZƏ