23.11.2024, 00:36
AZ EN
07.09.2024, 11:41 237

Azərbaycan bu gün qlobal məsələlərin müzakirə olunduğu əsas ölkələrdən birinə çevrilib

YAZILAR
  • "Nəzərə almaq lazımdır ki, Azərbaycan bu gün dünyada əsas siyasi və ekoloji müzakirələrin getdiyi bir platformaya çevrilibdir".

Bu fikirləri politoloq Tural İsmayılov mətbuata açıqlamasında ifadə edib.

O, vurğulayıb ki, ölkəmizdə COP29 kimi vacib bir tədbirin keçirilməsi beynəlxalq birlik tərəfindən də çox yüksək səviyyədə qiymətləndirilir: "Bu ölkəkimizin artan nüfuzunu və güclənən mövqelərini növbəti dəfə nümayiş etdirmiş olur. BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icra katibi Simon Stiell də məhz Bakının, Azərbaycanın COP29 çərçivəsində bu tip vacib tədbirlərə evsahibliyi etməyinin əhəmiyyətini yaxşı başa düşür. Bu baxımdan da, Azərbaycanda COP29-un keçirilməsi, COP29-da müzakirə edilən məsələlərin konteksti və dairəsi Azərbaycanın beynəlxalq münasibətlər sisteminə, dünyada gedən siyasi proseslərə nə qədər böyük töhfələr verdiyini növbəti dəfə göstərir. Azərbaycan bu gün qlobal məsələlərin müzakirə olunduğu əsas ölkələrdən birinə çevrilib",- deyə T.İsmayılov əlavə edib.

Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər