Prezident cənab İlham Əliyevin görüşdə səsləndirdiyi belə bir fikri qazanılan qələbənin təsir gücünün böyük olduğunu göstərir: “Gənclər sizə baxıb sizin kimi olmaq istəyəcəklər və bu qələbənin vacib olan tərəflərindən biri məhz bundan ibarətdir.”
"Hər hansı bir ölkədə idmanın vəziyyəti ümumi inkişafla bağlıdır. Dünyada tanınmış idman ölkəsi kimi qəbul edilən Azərbaycanda Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları və digər bir sıra beynəlxalq yarışlar ən yüksək təşkilatçılıqla keçirilib, müasir idman infrastukturu yaradılıb. İdmançılarımız beynəlxalq yarışlarda medallar qazanıblar".
Bu fikirlər tarix elmləri doktoru, professor Musa Qasımıya məxsusdur.
"23-cü Paris Yay Olimpiya Oyunlarında ölkəmizin 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanaraq dünyanın ən güclü 30 ölkəsinin arasında yer tutması, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını, onların məşqçilərini qəbul etməsi, çıxış etməsi və mükafatlandırması aşağıdakı anlama gəlir: -Birincisi, bu, idmana dövlət qayğısıdır. İkincisi, qalib idmançılarımızın Parisdə dövlətimizin bayrağını ucaltmaları və dövlət himnimizin səsləndirilməsi millətimizdə qürur hissi yaratdı. Üçüncüsü, vacib məsələlərdən biri odur ki, Azərbaycan Paris Olimpiya Oyunlarında iştirak edən müsəlman ölkələri arasında 3-cü yeri tutması uğurdur.
"Dövlət müstəqilliyinin bərpasından cəmi 33 il keçməsini nəzərə alsaq bu, böyük hadisədir. Dördüncüsü, idmançılarımızın qazandığı qələbə uşaq idmanının inkişafına təsir edəcəkdir. Bundan ötrü ölkəmizdə bütün zəruri şərait vardır. Nəhayət, yarışlarda Azərbaycan idmançılarının davranışları bir örnək idi. Qələbə təkcə idmanda qazanılmadı, eyni zamanda millətimizin dəyərlərinin bir nümayişi oldu və digərlərinə örnək verdi",- deyə M.Qasımlı əlavə edib.
Tahirə AĞAMİRZƏ