Geniş şərh vermədən bir həqiqəti xatırlamaq yerinə düşür ki, haylar etnik şərəfsizliklərindən əl çəkmək düşüncəsindən tam məhrumdurlar. Paylaşılmış yazılarda bir dənə olsun real düşüncə məhsulu yoxdur. Haylar şivən qoparırlar ki, hakimiyyət niyə 10 türk jurnalisti Ermənistanın vəsaiti ilə gətirib. Həmin pulları 44 günlük müharibədə gəbərdilənlərin ailələrinə, yaxud Qarabağdan köçüb gələnlərin birinə vermək olardı. Yeri gəlmişkən onu da vurğulayaq ki, separatçı rejimin başçılarının bir neçəsi Bakıda həbsdə olsa da Ermənistana getməyə nail olanların əksəriyyəti Tramp prezident olandan sonra ona məktub göndərərək geri qayıtmalarını təmin etməyi xahiş ediblər. İrəvanda isə "arsax nümayəndəliyi"nin ofisində özünü deputat adlandıran separatçı hayların toplaşaraq müxtəlif tələblər irəli sürməsi halları çoxalıb. Həmin hay-küyçülər də Türkiyədən dəvət olunaraq İrəvanda Paşinyandan müsahibə götürülməsi olayını xəyanət kimi dəyərləndirirlər. Onlardan biri isə yazıb ki, gün gələcək, Nikol Türkiyə desantını dəvət edəcək ki, gəlib məni müdafiə edin və həmişəlik burada qalın.
Nə deyirik, təki belə olsun!
Nəsib