09.06.2025, 15:55
AZ EN
03.10.2023, 10:14 220

Ermənilərin səhəri vay-şivənlə açılır

YAZILAR

Oktyabrın ikinci iş günü də ermənilər üçün Azərbaycana qarşı ənənəvi qarayaxmalarla başlayıb. Belə ki, onların mətbuatında həqiqətlə heç vaxt uyğun gəlməyən cızmaqaraları oxuduqca istər-istəməz düşünürsən ki, tibbdə məşhur olan erməni xəstəliyi yeni sindromlarla daha da kəskinləşir və bu, yalnız "Dəmir yumruq"la müalicə oluna bilər. Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli vətəndaşların digər vətəndaşlarla eyni hüquqa malik olduğu və onların təhlükəsizliyinə heç bir təhlükə olmayacağı barədə

dəfələrlə rəsmi açıqlamalar verilsə də terrorçu başçılarının göstərişi ilə Ermənistana gedənlərin Laçın sərhəd-buraxılış məntəqəsində Azərbaycan mediasına müsahibə verərkən dedikləri sözləri sərhəddi keçən kimi guya təzyiq altında məcburən demələrini hay-küylə təkrarlamaları da bu toplumun, doğrudan da, xəstə təxəyyüllə mövcud olmasını isbatlayır. Erməni yalanlarını tirajlayan media isə geniş şərh etmədən də deməyə əsas verir ki, yalan və dezinformasiya erməni mediasının da  ana xəttidir və bu xətt ciddi senzuranın hökm sürdüyü sovetlər dönəmində də mövcud olub. Dünyanın yeni düzənlə getdiyi, yeni reallıqlar yarandığı və yenə yaranmağa doğru getdiyi indiki zamanda erməni mətbuatının, ermənilərin öz ifadələri ilə desək, "arabanı yerindən tərpətməməsi" bu etnik toplumun səfərinin hər gün qara açılacağını isbatlayır.

N.Qaramanlı

Oxşar xəbərlər