26.12.2024, 17:42
AZ EN
30.08.2023, 16:25 254

Neil Uatson: "Ermənistan özünü yenidən qondarma “qurban” xalq kimi aparır"

YAZILAR
  • Avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. Un yüklü iki TIR dünəndən Rusiya sülhməramlılarının Ağdam-Xankəndi yolundakı postunda gözləyir.

Humanitar yükün Xankəndiyə çatdırılmasına şərait yaradılması üçün Rusiya sülhməramlı kontingentinin komandanlığına müraciət olunub.

Azərbaycanın göndərdiyi humanitar yardımın ermənilər tərəfindən istənilməməsi, gözədilməsi beynəlxalq ictimaiyyət tərəfindən də birmənalı qarşılanmayıb.

Məşhur britaniyalı politoloq Neil Uatson "Modern.az"-a açıqlamasında deyib ki, Ermənistanın bu addımı beynəlxalq ictimaiyyət tərəfindən qınanılmalıdır:

“Ermənistan özünü yenidən qondarma “qurban” xalq kimi aparır. Bu, standart erməni yanaşmasıdır. Azərbaycan Qızıl Aypara Cəmiyyətinin himayəsi ilə Ağdam-Xankəndi yolu ilə daşınan humanitar yardımdan imtina son dərəcə qəbuledilməz hadisədir. Bu, beynəlxalq mediaya Laçın-Xankəndi yolunda qondarma “blokada”nın olduğunu və Azərbaycanın sülh sazişini imzalamağa məcbur etmək üçün mühasirə taktikası tətbiq etdiyini göstərmək cəhdidir. Bu, açıq şəkildə belə deyil.

O, qeyd edib ki, beynəlxalq ictimaiyyət yaxşı sənədləşdirilmiş həqiqəti araşdırmalı və Ermənistanın maneçilik səylərini qətiyyətlə pisləməlidir.

"Bundan sonra ictimaiyyət Azərbaycan Qızıl Aypara Cəmiyyəti ilə əməkdaşlıq etmələri üçün təzyiq göstərməlidir. Bundan sonra bir daha barışıq və davamlı sülh sazişinin imzalanmasının zəruriliyini vurğulamalıdır”, deyə politoloq bildirib.

Hazırladı: Tahirə AĞAMİRZƏ

Oxşar xəbərlər