19.12.2024, 22:29
AZ EN
20.08.2024, 16:28 299

İqor Korotçenko: Rusiya və Azərbaycan liderlərinin Bakıdakı danışıqları qlobal beynəlxalq hadisədir

YAZILAR
  • Cənubi Qafqazın beynəlxalq aləmdə rolu və əhəmiyyəti artır. Bu, regionda baş verən proseslərlə əlaqədardır. Belə ki, Cənubi Qafqaz qlobal əhəmiyyətə malik olan qlobal multimodal nəqliyyat dəhlizlərinin keçdiyi əsas regiondur.

Bu fikirləri Xəzər Strateji Tədqiqatlar İnstitutunun (Rusiya) baş direktoru İqor Korotçenko ifadə edib.

Ekspert vurğulayıb ki, öz ərazi bütövlüyünü və suverenliyini bərpa edən Azərbaycan mövqelərini ciddi şəkildə möhkəmləndirib. Eyni zamanda, Ermənistan isə onu öz təsir dairəsinə cəlb edən bir sıra təsisatların oyuncağına çevrilib.

İ.Korotçenko əlavə edib: “Biz Fransa, ABŞ kimi ölkələrin və Avropa İttifaqının ayrı-ayrı nümayəndələrinin Ermənistanın köməyi ilə regionda sabitliyi pozmaq və öz milli maraqlarını, həm də region dövlətlərinin maraqları ilə qətiyyən üst-üstə düşməyən məqsəd və vəzifələrini reallaşdırmaq üzrə oynadığı destruktiv rolu görürük. Bu baxımdan, başa düşürük ki, Cənubi Qafqazda baş verənlər böyük dərəcədə regiondakı əsas aktorların mövqeyi ilə müəyyənləşəcək. Təbii ki, onlardan biri də Azərbaycandır”.

Ekspert Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana səfəri zamanı Prezident İlham Əliyevin ünvanına səsləndirdiyi fikirləri xatırladıb: “Siz Qafqaz regionunu nəzarətdə saxlamağa qadirsiniz. Bu, artıq təkcə Azərbaycana görə məsuliyyət daşımaq demək deyil, Siz artıq bütün Qafqazdakı vəziyyətə cavabdehsiniz”. Korotçenko əlavə edib: “Həqiqətən, Azərbaycan regionun təhlükəsizliyinə və sabitliyinə cavabdehdir. Bu kontekstdə Bakıda Rusiya Prezidenti Vladimir Putinin və Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə aparılan danışıqlar olduqca mühümdür, deyərdim ki, bu, qlobal beynəlxalq hadisədir”.

Baş direktorun sözlərinə görə, Rusiyada hesab edirlər ki, səfər zamanı imzalanan bir sıra sənədlər Rusiya-Azərbaycan münasibətlərinin kompleks şəklində inkişafına kömək edəcək və Ermənistandan alət kimi istifadə edən xarici aktorların regionda vəziyyəti gərginləşdirmək cəhdlərinin qarşının alınmasına yönəlib”.

Dövlət başçılarının Azərbaycan liderinin evində qeyri-rəsmi şam yeməyini şərh edən Korotçenko qeyd edib ki, Rusiya Azərbaycanın timsalında ən yaxın müttəfiqini və tərəfdaşını görür. O əlavə edib: “Rusiyada İlham Əliyevi görkəmli dünya siyasətçisi, ölkəsinin suverenliyini və ərazi bütövlüyünü bərpa etmiş lider, hörmətli, nüfuzlu şəxsiyyət və ziyalı kimi qiymətləndiririk. Onun həyat yoldaşı Mehriban Əliyevaya gəlincə, Rusiyada hamımız onun intellektinə, gözəlliyinə heyranıq. O, görkəmli qadın və siyasətçidir. Belə bir dairədə də çox ciddi məsələlər müzakirə oluna bilərdi”. (AZƏRTAC)

Oxşar xəbərlər