- Bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının Baş katibinin siyasət və sülh məsələləri üzrə müavini Rozmari Dikarlo ilə görüşüb. Bu xəbəri yayan "Hraparak" bildirib ki, erməni nazir guya Qarabağda humanitar fəlakət yarandığı barədə geniş məlumat verib. BMT Təhlükəsizlik Şurasının sözügedən məsələyə münasibətdə daim obyektivlik göstərəcəyinə inandığını vurğulayaraq, öz erməni xisləti ilə Azərbaycanın əleyhinə yenə də əsassız fikirlər səsləndirib.
Halbuki, 30 ilə yaxın bir müddətdə sözügedən beynəlxalq təşkilatın 4 qətnaməsinə məhəl qoymayan məhz təcavüzkar Ermənistan olub.
Onu da xatırladaq ki, Ermənistan xarici işlər nazirliyi görüşdən öncə BMT təhlükəsizlik şurasının avqustun 16-dakı iclası barədə qeyri-səmimi bəyanat yayıb.
N.Qaramanlı