Məsələ ilə bağlı media eksperti, Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Real” Tv-yə açıqlamasında bildirmişdi ki, son dövrlərdə erməni şəbəkəsinin aqressivləşməsini təbii haldır. Çünki 2020-ci ildə 44 günlük müharibədə məğlub olan və ağır zərbə alan ermənilər bundan sonrakı mərhələdə diplomatiya və informasiya savaşı müstəvisində də uduzmaqdadır:
“Məsələsi ətrafında sülh prosesi yekunlaşmaq üzrədir və cənab Prezident qeyd edib ki, istənilən halda bu ilin sonuna qədər, yəni yaxın 4-5 ay ərzində danışıqlar prosesini yekunlaşdırmaq istəyirlər. Məsələ ondadır ki, ermənilər döyüş platformasında uduzduqları kimi, indi diplomatiya müstəvisində də, danışıqlar prosesində də uduzurlar. Yəni onların faktiki olaraq qondarma əsaslı heç bir tələbləri bu danışıqlarda nəzərə alınmayıb. Yəni onların Qarabağda yaşayan erməni milliyyətindən olan insanlar üçün xüsusi əlavə bir status almır, yaxud da ki, başqa bir variantda üstünlük qazanmaq üçün irəli sürdükləri şətlərin heç biri qəbul olunmayıb. Əgər sülh danışıqlar prosesi yekunlaşırsa və bura ermənilərin hər hansı bir qondarma istəkləri əksini tapmırsa, deməli, onların aqressivləşəcəyini də gözləmək mümkün idi”.
Ermənistanın böhtan siyasətinə artıq öyrəşmişik. Daha çox təəssüf doğuran məqam isə bəzi transmilli kütləvi informasiya vasitələrinin, qlobal təşkilatların erməni lobbisinin əlində oyuncağa çevrilməsidir. Erməni havadarı kimi çıxış edən belə qurumlardan biri də Birləşmiş Ştatlardan dövlət departamentinə yaxın “Vaşinqton Post” qəzetidir. Azərbaycana qarşı böhtan kampaniyasına start verən “bu mətbu orqan” son bir həftə ərzində ölkəmizi hədəfə alan 3 məqalə dərc edib. Erməni lobbisinin pulu qurumun gözünü elə tutub ki, onlar sadə jurnalisttika qaydalarını belə pozur, bütün məqalələrini birtərəfli şəkildə erməni təəssüfkeşliyi kontekstində yazırlar. Yəni qarşı tərəfin rəyini almağı belə lazım bilmirlər.
Müşfiq Ələsgərli daha sonra əlavə edib ki, onlar Laçın yolunun guya “bloklanmasından” başlamış, hazırda Azərbaycanda insan haqlarına qədər ən müxtəlif mövzuları çıxararaq, qondarma faktlara istinad edərək Azərbaycanın üzərinə gəlirlər. Bu sırada sonuncu məqalələrdən biri Devit İqnatusun məqaləsi diqqət çəkir. Amma qeyd edim ki, Bu, təkcə “Vaşinqton post”la yekunlaşmır. ABŞ-da fəaliyyət göstərən bir çox blogerlər, digər Kütləvi İnformasiya Vasitələri də bu kampaniyada iştirak edirlər. Misal olaraq, Litse Sined adlı orda məşhur jurnalisti göstərmək olar. İki həftə öncə o da Azərbaycana qarşı çox kəskin yazılarla çıxış etmişdi. Məsələn, Şuşa Qlobal Media Forumunu kəskin tənqid etmişdi və s. Sanki Fransada olduğu kimi, ABŞda da biz Azərbaycan əleyhinə xüsusi bir kampaniya aparıldığının şahidi oluruq. Amma məsələləri təhlil edəndə burada bir ortaq nəticə çıxır. Yəni ABŞda, Fransada və digər yerdə olmasından asılı olmayaraq, biz bunlarda vahid bir xətt görürük. Məsələn, Devit İqnatusun karyerasına diqqət etsək, görərik ki, bu, 2016-cı ildə hələ Qarabağa qanunsuz səfər etməsi ilə diqqət çəkmişdi və Qarabağda o, separatçı birləşmələrə himayədarlıq edən Ruben Vardanyanın tərəfindən təsis olunmuş mükafatlarla mükafatlandırılmışdı. Yaxud digər bir müəllifə, Litse Sinelin karyerasına diqqət etdikdə, yenə də görərik ki, lİtse Sinel də Devit İqnatus kimi, 2016-cı ildə xüsusi fəallığı ilə anti-Azərbaycan məramlı Türkiyə yazıları ilə tanınıb. Suriya ərazisindən qanunsuz olaraq Türkiyəyə keçməklə burada təxribatçı əməllərlə məşğul olub və o vaxtı da bu əməllərinə görə cəzalandırılıb”.
Azərbaycanı blokada yaratmaqda, Qarabağda soyqırımı törətmək niyyətində olmaqda ittiham edən bu kimi “mətbu orqan”lar həqiqətin gözünə dik baxmağa tərəddüd edirlər. fakt isə öz faktlığında qalır. Azərbaycanın Qarabağda soyqırımı həyata keçirmək kimi bir niyyəti olsaydı, bunu 44 günlük müharibə zamanı edərdi. Separatçıların və Ermənistan əsgərlərinin 30 il boyunca istehkama çevirdiyi Qarabağı iki aydan az bir müddətə geri alan Azərbaycan Ordusunu Xankəndinin bir addımlığında dayandıran əslində rəsmi Bakının potensial mülki itkilərin qarşısını almaq, bu yolla xalqlar arasında ədavətin daha da güclənməsinə yol verməmək, həmçinin Xankəndidəki separatçı rejim tərəfindən əsir götürülmnüş öz erməni vətəndfaşlarını təhlükəyə atmamaq istəyindən qaynaqlanıb. Azərbaycan Laçın yoluna alternativ olaraq humanitar yüklərin daşınması üçün Ağdam-Xankədi yolunu təklif edir. Ermənilər isə məqalədə də qeyd edildiyi kimi, həmin yola beton maneələr düzərək, özlərinə göndəriləcək yardımın qarşısını alırlar. Bütün bu addımlar onu göstərir ki, Qarabağdakı mülki ermənilər yalnız separatçı rejimin qərarlarından əziyyət çəkilər. Lakin təəssüflər olsun ki, “Vaşinqton Post” kimi nəşrlər bunu ya görmür, ya da görmək istəmir. Erməni şəbəkəsi tərəfindən mükafatlandırılan şəxslərin idarə etdiyi belə qurumlar ABŞ kimi bir dövlət üçün yalnız üzqarasıdır.
Hazırladı: Tahirə AĞAMİRZƏ