22.11.2024, 20:33
AZ EN
08.06.2023, 15:34 275

Erməni spiker Azərbaycana yenə böhtan atdı

YAZILAR

Böyük Britaniyanın paytaxtı Londonda işgüzar səfərdə olan Ermənistan parlamentinin spikeri Alen Simonyan həmişə olduğu kimi yenə də Azərbaycanın əleyhinə böhtan dolu ifadələr işlədib. Ermənistanla İngiltərə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə danışdıqdan sonra həyasızcasına deyib ki, guya Azərbaycan Qarabağdakı erməni kilsələrinə qarşı təhqirli münasibət sərgiləyir. Özlərinin isə xristian dünyasının dəstəyinə daim ehtiyacları olduğunu vurğulayan erməni spiker Böyük Britaniyanın mədəniyyət nazirindən xahiş edib ki, bu məsələdə onlara dəstək versinlər. Görünür, spikerin nə dünyadakı, nə də bölgədəki reallıqlardan hələ də xəbəri yoxdur. Olsa idi, yadına düşərdi ki, 2020-ci ildəki 44 günlük müharibədə zamanı Fransanın təklifi ilə Azərbaycan əlehinə qərar qəbul etmək istəyən BMT Təhlükəsizlik Şurasının qərarına yalnız Böyük Britaniya veto qoymuşdu.

Nəsib

Oxşar xəbərlər