22.11.2024, 02:44
AZ EN
26.05.2023, 12:18 108

Jurnalistlər parlamentə buraxılmayacaq?

YAZILAR
  • Mayın 25- də Ermənistan parlamentində baş vermiş insidentlə bağlı müxtəlif versiyalar irəli sürülməkdədir. Müxaliflər israrla bildirir ki, hakim fraksiyanın tərkibində adi danışıq etikasına əməl etməyənlərin sayəsində parlamentində dəfələrlə əlbəyaxa dava düşüb.

Hakim "Vətəndaş müqaviləsi" fraksiyasının isə mövqeyi tam başqadır. Orada belə bir fikir formalaşıb ki, müxalifət müxtəlif üsullardan istifadə etməklə həm demokratik seçki ilə formalaşmış parlamenti, həm də iqtidarı gözdən salmağa çalışır. Parlamentin bugünkü iclasında vurğulanıb ki, jurnalistlər deputatların əsəbləşərək dediyi hansısa sözü başqa formada montaj edərək sosial şəbəkədə yerləşdirməklə onun şərəf və ləyaqətini təhqir edir. "Bunun qarşısını almaq üçün jurnalistləri iclaslara buraxmamaq daha optimal variant ola bilər", - deyə V.Hovanesyan məsələnin müzakirəyə çıxarılmasını təklif edib. Sədarət isə bildirib ki, jurnalistlərin iclaslara buraxılıb-buraxılmaması məsələsi yaxın günlərdə öz həllini tapacaq.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR