Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
"Biz dost və müttəfiq ölkələrə TANAP boru kəmərinin gücünü artırmaqla kömək edəcəyik və birlikdə işləyirik", - nazir qeyd edib.
Bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da TANAP-dan qazın Macarıstana çatdırılmasına Azərbaycanla birgə dəstək verməyə hazır olduqlarını demişdi.
Xatırladaq ki, TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb. İndiyə kimi Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) Qaz Boru Kəmərləri vasitəsilə Türkiyə və Avropaya 43 milyard kubmetrə yaxın qaz tədarük edilib.("Report")