19.10.2024, 08:43
AZ EN
05.05.2022, 11:35 700

Anadolu Agentliyi: Zəngilan rayonunda yaradılan “DOST Aqropark”ı nümunəvi olacaq

XƏBƏRLƏR
  • Türkiyənin Anadolu Agentliyi Prezident İlham Əliyevin mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul etməsinə dair geniş məlumat yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “DOST Aqropark” adlandırılan aqroparkın təməlqoyma mərasimində iştiraklarını əks etdirən foto ilə təqdim olunan məlumatda Zəngilan rayonunun strateji imkanlarına diqqət yetirilir.

“Azərbaycan Prezidenti Əliyev: Zəngilan rayonunda yaradılan “DOST Aqropark”ı nümunəvi olacaq” sərlövhəli videoçarxla birlikdə təqdim olunan materialda dövlətimizin başçısının xüsusi nümayəndəni qəbul edərkən müxtəlif mövzulara dair söylədiyi fikirlər türkdilli ictimaiyyətə çatdırılıb. Bildirilib ki, Azərbaycan tərəfi Ermənistanı işğal dövründə törətdiyi cinayətlərə görə beynəlxalq məsuliyyətə cəlb etməkdə israrlıdır. (AZƏRTAC)

Oxşar xəbərlər