19.10.2024, 08:46
AZ EN
07.06.2023, 14:07 275

Fransa parlamentinin sədri pensiya islahatlarının ləğvinin qarşısını alacağını deyib

XƏBƏRLƏR
  • Fransa Milli Assambleyasının sədri pensiya islahatlarının ləğvinin qarşısını alacağını deyib.

Bu barədə sədr Yael Bron-Pive Radio Monte-Carlo (RMC) efirində müsahibəsi zamanı deyib.

O qeyd edib ki, Fransa konstitusiyası büdcə xərclərinin artırılmasını nəzərdə tutan düzəlişlərin deputatlar tərəfindən təklif olunmasını məhdudlaşdırır.

Bu səbəbdən də Yael Bron-Pive müxalifətin pensiya yaşının 64 yaşa qaldırılmasının ləğvi ilə bağlı təklifinə baxılmasını əngəlləmək niyyətindədir:

“Mən bu düzəlişləri və təklifləri qəbuledilməz hesab edirəm”, - deyə o bildirib.

Xatırladaq ki, Fransa müxalifəti pensiya islahatlarının ləğvini və pensiya yaşının 64-dən 62-yə endirilməsini təklif edib. Fransa hökuməti isə əvvəlki pensiya yaşının (62 yaş) bərpasının büdcə xərclərinin 15 milyard avro artmasına səbəb olacağını bildirmişdi. (APA)

Oxşar xəbərlər