19.10.2024, 11:33
AZ EN
08.04.2022, 12:40 552

“Qərbin hərbi cavabı elə olacaq ki...”

XƏBƏRLƏR

Avropa Parlamentinin deputatı, Litvanın sabiq müdafiə naziri Rasa Yuknyaviçene “haqqın.az”ın müxbirinə deyib ki, Rusiyanın başlıca səhvi 8 il NATO standartları ilə hazırlanan Ukrayna ordusunun döyüş qabiliyyətini layiyincə dəyərləndirməmək olub. Avropa Parlamenti deputatının sözlərinə görə, Ukrayna silahlı qüvvələrinin hazırlanmasında ABŞ, Britaniya və digər Qərb ölkələrinin iştirakı sübut edir ki, NATO standartları ilə öyrədilmiş və silahlandırılmış, hətta böyük olmayan ordu sayına görə dünyada ikinci yerdə duran ordunun təcavüzünü uğurla dəf etməyə qadirdir.

Yuknyaviçenenin fikrincə, Putinin digər səhvi həm Rusiyaya qarşı genişmiqyaslı sanksiyaların, həm də Ukrayna ordusuna müasir müdafiə silahları ilə kömək olunmasını dəyərləndirməməsidir. Bu iki faktor Rusiya prezidentini dalana dirəyib. O, bütün azad dünya ilə təklikdə vuruşmağa məcburdur. Özünə hesabat verir ki, Rusiya təkcə Ukrayna ilə deyil, daha çox Qərb demokratiyasına qarşı müharibə edir. «Bir çox ekspertlər Rusiyaya qarşı kəskin dirənişin vacibliyi barədə danışarkən, NATO-nu qətiyyətsizlikdə ittiham edir. Ancaq nəzərə almaq lazımdır ki, NATO-nun ümumi ordusu yoxdur. Alyansda sistem elədir ki, buraya daxil olan ordular öz ərazilərindəki dövləti birlikdə müdafiə edirlər. Bax, buna görə NATO Kiyevin xahişi ilə Ukrayna üzərindən hava məkanını bağlaya bilmir. Onu da qeyd etmək lazımdır ki, Alyansa üzv olmayan dövlətlərə kömək məsələsi də NATO üçün imic xarakteri daşıyır. Digər tərəfdən ukrainlər Javelin, Bayraktar, Stinger, GROM və digər NATO silahları olmadan güclü Rusiya ordusuna qarşı müqavimət göstərə bilərdilərmi? Düşünürəm ki, yox. Hətta Litva özünün hərbi büdcəsinin üçdə biri ilə Ukraynaya kömək etdi, hələ Rusiya hücuma keçməmiş Stinger hava hücumundan müdafiə sistemi verdi.»

Bəs, ukrainlər güclü Rusiya ordusuna Javelin, Bayraktar, Stinger, GROM və digər NATO silahları olmadan müqavimət göstərə bilərdilərmi?

Deputatın sözlərinə görə, bütün demokratik qüvvələr Putinə qarşı müharibədə birləşib. Avropa İttifaqında belə hesab edirlər ki, Rusiya prezidenti bütün Qərbi hədələyir.

Yuknyaviçene deyib: «Belə hesab edirəm ki, Qərblə Putinin münasibəti heç vaxt 2022-ci il fervalın 24-nə qədər ki, kimi olmayacaq. Biz heç vaxt müharibəyə qədərki münasibətlərə qayıtmayacağıq. Rusiya isə Ukraynadakı hərbi cinayətlərinə görə cavab verməli olacaqdır.» Yuknyaviçene bildirib ki, gələn həftə Avropa Parlamentində sonuncu təcavüzkar Ukrayna torpağını tərk etməyənə qədər sanksiyaların qüvvədə olması barədə qərar qəbul ediləcək.

Kütləvi qırğın silahlarının istifadəsi ehtimalı barədə danışan Yuknyaviçene qeyd edib ki, Rusiyanın Ukraynaya təcavüzü və Kremldə ağılsız qərarlar qəbul olunması məntiqsizlikdir. Belə olarsa Qərbin hərbi cavabı elə olmalıdır ki, Rusiyadan heçnə qalmasın. Kremlin Ukraynada müharibəni uduzduğunu vurğulayan Avropa Parlamentinin deputatı bildirib ki, rus ordusu 40 gündəki  təcavüzü nəticəsində 18 000 hərbçisini itirib, heç bir böyük şəhəri işğal edə bilməyib. Kiyev ətrafında yollarda səpələnmiş rus hərbi texnikasını Ukrayna silahlı qüvvələri ustalıqla məhv edir. İndi Kremlin ancaq nüvə təhdidi qalır. Rusiyanın kimyəvi, yaxud digər kütləvi qırğın silahı işlədəcəyi barədə hədə-qorxularına NATO cavab verməyə tam hazırdır.

R.Yuknyaviçene hesab edir ki, beynəlxalq aləmin tətbiq etdiyi sanksiyalar Rusiyanın iqtisadiyyatını getdikcə dağıdır: «Bu vəziyyət Rusiya həyatının hər tərəfində praktiki olaraq genişlənir. Baltikin hər üç ölkəsi artıq rus qazından tam imtina edib. Latviya, Litva, Estoniya və Polşa öz hava məkanlarından Rusiya ərazisinə məhsul daşınmasını qadağan edib və hava məkanını bağlayıb».

Yuknyaviçene daha sonra deyib: «Dünyanın daha çox ölkəsi Ukraynaya kömək etməyi arzulayır. Moskvaya isə kömək etmək istəyən tam azdır. Potensial və sistemli sanksiyalar Rusiya iqtisadiyyatını və maliyyə sektorunu qaçılmaz tənəzzülə uğradır. Sadəcə müəyyən vaxt lazımdır ki, Moskva özünün bütün imkanlarını tam tükətsin.»

Litvanın sabiq müdafiə nazirinin proqnozlarına görə, yaxın vaxtlarda Ukrayna rus ordusu ilə qarşıdurmada yalnız üstünlük qazanacaq, Qərb isə Ukraynaya hərbi və iqtisadi köməyini artıracaqdır.

Rasa Yuknyaviçene deyib: «Hesab edirəm ki, Ukraynanın tam qələbəsi məsələsi artıq həll olunub. Rusiyanın gələcəyi məsələsi isə açıqdır.»

Tərcümə etdi: Nəsib QARAMANLI

Ruscası: https://haqqin.az/news/241217

Oxşar xəbərlər