22.11.2024, 01:49
AZ EN
28.06.2023, 12:20 241

Gürcü ekspert: Ermənistan vəziyyətdən çıxış yolunu qadınların ordu sıralarına çağırmaqda görür

XƏBƏRLƏR
  • Ermənistan parlamentində qadınların hərbi xidmətə çağırışına imkan verən qanun layihəsinin qəbul olunması sıradan bir addım deyil. Bu əslində, ölkədəki çox ciddi problemlərdən xəbər verir.

Bu sözləri gürcü politoloq Tengiz Txilava deyib.

Bildirib ki, bu gün Gürcüstanda daxil olmaqla bir neçə ölkədə qadınların hərbi xidmətə çağırılmasına imkan verən qanunlar var. Bu ölkələr həmin qanunları sülh şəraitində və heç bir müharibəyə hazırlıq məqsədilə qəbul etməyiblər, Ermənistan da isə bu belə görünmür.

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi dəfələrlə “qüdrətli və nizami, yüksək döyüş qabiliyyətli ordu”ya sahib olması barədə cəfəng bəyanatlar verib. Amma 44 günlük müharibə göstərdi ki, bunların hamısı yalan imiş. Ermənistan bu müharibədə rəsmi rəqəmlərdəkindən də çox əsgər itirdi. Azərbaycan ordusunun əks hücumuna tab gətirə bilməyən ordu, eləcə də başqa dövlətlərdən gətirilən muzdlu döyüşçülər də qaçaraq canlarını qurtarmağa çalışırdılar. İndi Ermənistan rəhbərliyi ordu sıralarında yaranmış ağır vəziyyətdən çıxış yolunu qadınların ordu sıralarına çağırılmasında görür. Bunun isə ölkədə nizami ordu yaratmaq üçün heç bir əsası və ya nəticəsi ola bilməz. Ermənistanın qadınların vasitəsilə həmin boşluğu doldurmaq cəhdi, suda boğulan insanın saman çöpünə əl atması kimi bir şeydir.

Politoloq deyib ki, bu məsələnin siyasi məqamları da var. Belə ki, bununla Ermənistan rəhbərliyi guya yenidən müharibəyə hazırlaşmaq niyyətini ortaya qoymuş olur. Amma hamımız bilirik ki, bunun da heç bir mənası yoxdur. Azərbaycan ordusu bu gün dünyanın ən nizami və yüksək döyüş qabiliyyətli ordusu kimi tanınır. Azərbaycan ordusu da hər gün öz döyüş və müdafiə qabiliyyətini artırır.

Txilava bildirib ki, 44 günlük müharibə dövründə də Ermənistanda erməni qızların snayper kimi döyüşlərdə iştirakı barədə məlumatlar var idi. Azərbaycan əsgərləri onları tapıb zərərsizləşdirirdilər, lakin öldürmürdülər. Biz bu barədə hər iki tərəfin, eləcə də dünyanın aparıcı KİV-lərində məlumat alırdıq.

“Bu da bir daha sübut edir ki, Azərbaycan ordusu təkcə yüksək döyüş qabiliyyətliyi ilə deyil, həm də humanizm prinsiplərinə sadiqliyi ilə tanınır”, – deyə politoloq vurğulayıb.

Qeyd edək ki, Ermənistan parlamentinin növbədənkənar iclasında qadınların könüllü olaraq hərbi xidmətə çağırılmasının tətbiqini nəzərdə tutan qanun layihəsi qəbul edilib. Qanun layihəsinin qəbul edilməsinə 107 deputatdan 64-ü səs verib. Layihəni təqdim edən Ermənistanın müdafiə naziri Suren Papikyan izah edib ki, 18-27 yaşlı qadınlar hər il martın 1-dən oktyabrın 1-dək altı aylıq xidmət üçün müraciət edə bilərlər. (AZƏRTAC)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR