Bu barədə jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
O bildirib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 5-də Rusiyaya işgüzar səfər edəcək. Rusiya Prezidenti Vladimir Putinlə Soçidə baş tutacaq görüşdə ikitərəfli münasibətlər, regional problemlər, Ukrayna limanlarından taxıl daşınması və digər məsələlər müzakirə olunacaq. (AZƏRTAC)