17.06.2025, 15:09
AZ EN
30.05.2022, 17:32 201

Ukraynadan Polşaya keçən qaçqınların sayı 3,7 milyon nəfərə çatıb

XƏBƏRLƏR
  • Ukraynada hərbi əməliyyatlar başlayandan bu ölkədən Polşa ərazisinə keçən şəxslərin sayı 3,7 milyon nəfərə çatıb.

Bu barədə məlumatı Polşa Sərhəd Xidməti yayıb. Xidmətin məlumatına görə, son həftələrdə Ukraynaya geri qayıdanların sayında artım mövcuddur və təkcə ötən gün Ukraynadan 21 700 şəxs Polşaya daxil olduğu halda, 28 600 nəfər Ukraynaya geri dönüb. Fevralın 24-dən indiyədək Polşadan Ukrayna ərazisinə keçən şəxslərin sayı 1,7 milyon nəfər təşkil edib. Onların əksəriyyəti Ukrayna ordusunun azad etdiyi ərazilərə geri dönən Ukrayna vətəndaşlarıdır.

Polşa rəsmi qurumları bu ölkə ərazisinə daxil olan Ukrayna qaçqınlarının nə qədərinin bu ölkə ərazisində qaldığı və digər Avropa İttifaqı ölkələrinə getməsinə aydınlıq gətirməyib. Polşa Təhsil Nazirliyinin hesablamasına görə, sentyabr ayında başlayacaq növbəti tədris ilində Polşa məktəblərində 400 min ukraynalı uşaq dərsə gedəcəkdir. Hazırda Polşa məktəblərində onların sayı 195 min nəfərdir. (AZƏRTAC)

Oxşar xəbərlər