Antalya Elm Universitetinin müəllimi, Afrika əsilli türkiyəli doktor Məhəmməd Əbubəkir belə deyib. Ali təhsil illərində Azərbaycan Respublikasından olan tələbələrlə dostluq münasibətində olduğunu, onların mehribanlığını heç zaman unutmayacağını ifadə edən doktor Əbubəkir Məhəmməd Azərbaycana, işğaldan azad olunan ərazilərimizə səfər etməyi özünün xoş arzusu olduğunu ifadə edib.
Qeyd edək ki, Türkiyənin Aksaray şəhərində təşkil olunan 8-ci Beynəlxalq Sahibkarlıq və Sosial Elmlər Konfransının (EMI Konfransı) iştirakçısı olan doktor Əbubəkir Məhəmməd EMI Konfransılarının ən fəal üzvləri sırasındadır. (AZƏRTAC)