Bu barədə İran Prezidenti Məsud Pezeşkian xalqa televiziya ilə müraciətində bildirib.
Pezeşkian mülki şəxslərin həlakı ilə bağlı başsağlığı verib və gəncləri terrorizmə və iğtişaşlarda iştiraka qarşı xəbərdar edib: “Biz sülh yolu ilə keçirilən etirazları rəsmi şəkildə tanıyır və etirazçılarla dialoqu öz borcumuz hesab edirik. Ölkə daxilində etiraz edən bütün tərəflərlə görüşməyə hazırıq. (AZƏRTAC)