- Münaqişələr dünyada aclığın yeganə ən böyük səbəbi olaraq qalır. Bu barədə BMT-nin Təhlükəsizlik Şurasının münaqişələr və ərzaq təhlükəsizliyi üzrə iclasında çıxışı zamanı Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) baş direktoru Qu Dongyu bildirib.
O, deyib: "2018-2021-ci illərdə münaqişələrin kəskin ərzaq qıtlığının əsas səbəbi olduğu ölkələrdə böhran vəziyyətində olan insanların sayı 88% artaraq 139 milyondan bir qədər çox olub". ("Trend")