Adanada təhsil alan azərbaycanlı tələbə Orxan Məmmədovun İctimai Televiziyaya verdiyi son məlumata görə, Adanada 10-dan çox bina dağılıb. Nəticədə 100-dən çox insan həlak olub, 500-dən çoxu isə yaralanıb. O.Məmmədovun dediyinə görə, zəlzələnin baş verməsindən 28 saat keçir və xilasetmə işləri hələ də davam etdirilir. İnsanlar çarəsizliklə doğmalarının dağıntılar altından çıxarılacağını gözləyirlər.
Hazırladı: Mina RƏŞİD