O, Azərbaycan Prezidentinin çıxışını xatırladır: "Azərbaycan nisbətən yaxınlarda Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması üçün beş əsas prinsip irəli sürdü (görünür, bu, sülh müqaviləsinin Azərbaycan variantıdır). Bunlar beynəlxalq hüququn təməl prinsipləridir... Qarabağ münaqişəsi artıq tarixdir. İki il əvvəl həll olundu. Bu kontekstdə praktiki olaraq müzakirə olunacaq heç nə yoxdur. Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması isə çox ciddi addımlar tələb edən formatdır".
Rusiyalı müxbirin bu sözlərə qısa şərhi: "Bəli, qaliblər belə danışırlar. Üstəlik, ola bilsin ki, Azərbaycan prezidenti sülh müqaviləsini belə müzakirə etməsin. Axı, onun fikrincə, artıq baş verənlərdən kifayətdir. Baş verənlər isə özünün dediyi kimi, onun üçün tarixdir".
"Ъ"-ın müxbiri Ermənistan Baş nazirinin də üçtərəfli görüşdəki davranış və danışığını da şərh edib. Bu şərhlər isə, əsasən, sarkastik tondadaır. "News.am" erməni xəbər portalı "Ъ"-ın müxbirnin şərhinin tam mətnini dərc edib.