23.12.2024, 01:08
AZ EN
21.11.2023, 15:20 327

Türkiyədə Prezident Ərdoğanın son dörd illik fəaliyyəti barədə kitab nəşr olunub

XƏBƏRLƏR
  • Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın son dörd illik fəaliyyətini əks etdirən “Eşqlə qaçan yorulmaz” adlı kitab nəşr olunub.

Dörd cilddən ibarət kitab Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən hazırlanıb.

Kitabda Prezident Ərdoğanın son dörd il ərzində ölkədaxili və xarici səfərləri, qatıldığı tədbirlər, açılışlar, keçirdiyi görüşlər, telefon danışıqları, yayımladığı mesajları və digər fəaliyyətləri fotoşəkillərlə təqdim edilib.

Nəşrdə, eyni zamanda, Türkiyənin üzləşdiyi terror hadisələri, təbii fəlakətlər, siyasi və qlobal böhranlardan, eləcə də ölkənin bu problemlərlə mübarizə istiqamətində apardığı uğurlu siyasətdən bəhs edilir.

“Millətimizin verdiyi ən güclü dəstək və inamla Türkiyə əmin addımlarla gələcəyinə irəliləyir. Bizlər də “Eşqlə qaçan yorulmaz” şüarı ilə Prezidentimizin liderliyi altında var gücümüzlə işləməyə davam edəcəyik”, - Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altunun kitaba yazdığı ön sözdə belə deyilir. (AZƏRTAC)

Oxşar xəbərlər