Bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.
Bildirilib ki, Rusiya müharibənin başlanğıcından bu günə kimi, təxminən, 253 850 canlı qüvvəsini itirib.
Məlumata görə, bundan başqa, Rusiya ordusunun indiyədək 4 298 tank, 8 335 zirehli döyüş maşını, 5 072 artilleriya sistemi, 713 RYAS (reaktiv yaylım atəş sistemləri), 315 təyyarə, 313 helikopter, 4 204 PUA, 1 379 qanadlı raket, 7 543 avtomobil texnikası və 760 xüsusi texnikası məhv edilib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. (Report)