ÜST-ün sözçüsü Tarik Yaşareviç deyib ki, dünya ölkələrini öz strategiyalarını koronavirusun yoluxma halının indiki vəziyyəti ilə uyğunlaşdırmalıdır.
Bununla yanaşı, səhiyyə sektoruna sərmayə qoymaq və tibb personalına əlavə ianələr vermək vacib məsələdir.
“Bu gün biz bir-iki il əvvəlkindən daha yaxşı vəziyyətdəyik, COVID-19 ilə mübarizə aparmaq üçün peyvəndlərimiz var”, - Yaşareviç bildirib.
Qeyd edək ki, noyabrın 25-nə olan məlumata görə, ÜST pandemiyanın başlanğıcından indiyədək dünyada 636 440 663 koronavirus hadisəsi və 6 606 624 ölüm hadisəsi qeydə alıb. Ən çox infeksiyaya yoluxanlar Yaponiyada, Koreya Respublikasında, Fransada və Çindədir.
Ümumilikdə dünyada yeddi gün ərzində xəstələnmə əvvəlki həftə ilə müqayisədə 5% azalıb.