Bu fikirləri Türkiyənin birinci xanımı Əminə Ərdoğan sosial media hesabında paylaşıb.
Paylaşımda qeyd olunur: “Bir olduq, birləşdik, böyük və güclü Türkiyə üçün alın təri tökdük. Əldə edilən uğurlarımıza yenilərini əlavə edərək Türkiyə yüz ili üçün yenə çiyin-çiyinə quracağıq”.
Güvən, sabitlik, xidmət deyərək bu yola ürəkdən qoşulan millətə təşəkkürünü bildirən Əminə Ərdoğan yazıb: “Bu qürur və uğur hamımızındır. Xəyalları gerçəkləşdirmək və hər sahədə lider ölkə olmaq üçün düzgün addımlarla dayanmayın, yola davam edin”. (AZƏRTAC)