22.09.2024, 03:11
AZ EN
11.03.2023, 19:40 236

Türkiyədə zəlzələdə həlak olanların sayı 47 975-ə çatıb

XƏBƏRLƏR
  • Türkiyədə baş verən zəlzələ nəticəsində həyatını itirənlərin sayı 47 min 975-ə yüksəlib.

Bu barədə AFAD sədri Yunus Sezer bildirib.

O qeyd edib ki, 935 min 722 vətəndaş isə zəlzələ bölgəsindən təxliyə edilib.

Xatırladaq ki, fevralın 6-da Türkiyədə səhər saatlarında 7.7 bal gücündə zəlzələ baş verib. Dərinliyi 7 kilometr olduğu müəyyən edilən zəlzələ Hatay, Qaziantep, Kilis, Osmaniye, Malatya, Adıyaman, Şanlıurfa, Diyarbəkir, Adana və Kahramanmaraş vilayətlərində ciddi dağıntılara səbəb olub.

Oxşar xəbərlər