“Lurer” informasiya agentliyinin yaydığı məlumata görə, sentyabrın 24-də bütün ermənilərin katalikosu Qaregin, sabiq prezidentlər L.Ter-Petrosyan, L.Koçaryan, S.Sarkisyan və separatçı rejimin iki sabiq rəhbəri İrəvanda görüşüblər. Əvvəldən də məlumat verildiyi kimi, eks prezidentlər və separatçı liderlər Ermənistandakı mövcud durumu müzakirə ediblər. Bütün erməniklərin katolikosunun təklifi ilə R.Koçaryanın gələcək olaylara rəhbərlik etməsi qərara alınıb. Bildirilib kli, R.Koçaryan sentyabrın 28-də saat 11.00-da öz ofisində jurnalistlər üçün mətbuat konfransı keçirərək gələcək fəaliyyət istiqamətlərini açıqlayacaq. Qeyd edək ki, bu, parlamentdə təmsil olunmayan partiyaların narazılığına səbəb olub. Şirinyan famiyalı erməni siyasətçi bildirib ki, eks prezidentlərin katalokosla görüşməsi və mövcud durumu müzakirə etməsi, Koçaryanın lider kimi ortaya atılması heç bir müsbət nəticə verməyəcək. Bu yalnız cəmiyyətdə yeni narazılıqlar yaranmasına səbəb olacaqdır.
Nəsib QARAMANLI