ABŞ Dövlət Departamenti Azərbaycana maliyyə dəstəyi qismində 9,1 milyon dollar vəsaitin ayrılması məsələsini nəzərdən keçirir. 2021-ci ildə Azərbaycan üçün ayrılmış maliyyələşdirmənin həcmi 8,3 milyon dollar təşkil etmişdi.
Maliyyə dəstəyi barədə məlumat ABŞ Dövlət Departamentinin 2023-cü il üçün büdcə layihəsindən götürülüb. Layihəyə görə, 2023-cü ildə Gürcüstana 88,02 milyon dollar, Ermənistana 23,4 milyon dollar yardımın ayrılması nəzərdə tutulur.
Eyni zamanda, Azərbaycanda hərbi təlimlərin keçirilməsinə dəstək məqsədilə 600 min dollar vəsaitin ayrılması planlaşdırılır.