19.10.2024, 04:49
AZ EN
01.02.2024, 07:48 81

Ermənistan iqtisadiyyatı yaxın gələcəkdə Rusiyadan ciddi şəkildə asılı olaraq qalacaq

XƏBƏRLƏR
  • “Fitch” kredit reytinq agentliyi Ermənistanın xarici valyuta emitentinin uzunmüddətli reytinqini “BB-” səviyyəsində saxlayıb.

Beynəlxalq agentlik həmçinin Ermənistan iqtisadiyyatının yaxın gələcəkdə Rusiyadan ciddi şəkildə asılı olaraq qalacağını proqnozlaşdırır: “Ermənistan iqtisadiyyatı ticarət və enerji baxımından Rusiyadan çox asılıdır və Fitch yaxın perspektivdə Rusiyadan əhəmiyyətli dərəcədə diversifikasiya gözləmir”.

Qeyd edilib ki, Ermənistan öz bank sektorunda Rusiya subyektlərinə qarşı Qərb sanksiyalarını həyata keçirməkdə davam edir. Buna baxmayaraq, 2021-ci ildən bəri Rusiyaya mal ixracı təxminən 300% artıb və ötən ilin ilk doqquz ayında ixracın 51%-i və idxalın 30%-i Rusiyanın payına düşüb. (AZƏRTAC)

Oxşar xəbərlər