23.12.2024, 03:14
AZ EN
28.01.2024, 19:29 238

Fransa BMT-nin fələstinli qaçqınlara dəstək agentliyinə maliyyə ayırmasını dayandırıb

XƏBƏRLƏR
  • Fransa BMT-nin Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə müvəqqəti olaraq maliyyələşdirməni dayandırıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Fransa 2024-cü ilin birinci yarısında heç bir əlavə ödəniş etməyi planlaşdırmır, vaxtı gələndə BMT və əsas donorlarla birlikdə yardımın şəffaflığı və təhlükəsizliyi ilə bağlı bütün tələblərin nəzərə alınmasını təmin edərək qərar verəcək”, – məlumatda deyilir. Xatırladıb ki, 2023-cü il üçün Paris agentliyə 60 milyon avro ayırmışdı.

Nazirlik vurğulayıb ki, BMT agentliyinin əməkdaşlarının HƏMAS-ın əməllərində iştirakı ilə bağlı səslənən məlumatları ciddi hesab edir.

Bundan əvvəl bəzi ölkələr, o cümlədən Böyük Britaniya, Kanada, ABŞ və Almaniya da təşkilatın HƏMAS-la əlaqələri olan bəzi əməkdaşlarına qarşı şübhələr fonunda Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyə maliyyənin dayandırıldığını açıqlamışdı. (AZƏRTAC)

Oxşar xəbərlər