Bu sətirlər erməni politoloq Samvel Ohanesyanın “Armenian Report” internet nəşrində dərc olunmuş analitik məqaləsində yer alıb.
Məqalədə daha sonra vurğulanıb ki, Ermənistanın “Alternativ layihələr” qrupunun üzvü Vahe Hovhannisyan erməni dövlətinin öz semantik və funksional birliyini itirdiyini, bugünkü Ermənistanın ümidsiz, öz işində dağılan ölkə olduğunu bildirib. O əlavə edib ki, hazırda erməni xalqı barıt çəlləyinin üzərində yaşayır, kobud səhvlər dövləti yeni fəlakətə aparır. Bu prosesi dayandıracaq mexanizmlər və siyasi formatlar isə yoxdur.
“Biz milli iflasın unikal tarixi mərhələsini yaşayırıq: nə edəcəyimizi bilmirik, bundan sonra nə olacağını təsəvvür etmirik. Ermənistanda ciddi böhran baş verir”, -deyə politoloq vurğulayıb. (AZƏRTAC)