Bu barədə cümə günü TDT Katibliyinin Azərbaycanın Qarabağ iqtisadi rayonunda təbii sərvətlərin qanunsuz istismarı ilə bağlı bəyanatında deyilir.
"Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, Ermənistana aparılması, Ermənistan silahlı qüvvələrinin qalıqlarının Azərbaycan ərazisində qanunsuz mövcudluğu və ərazilərin minalanması Azərbaycan və Ermənistan normallaşması prosesinə xələl gətirir, regionda sülh və sabitliyin təmin olunmasına xidmət etmir", - deyə bəyanatda bildirilir.
Katiblik yuxarıda qeyd olunan qanunsuz əməllərə dərhal son qoymağa çağırır və Azərbaycanın bütün səylərini dəstəkləyir.
"TDT Katibliyi həmçinin Laçın-Xankəndi yolunda eko-fəalların və QHT nümayəndələrinin dinc etirazlarını dəstəkləyir və Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş sülh gündəmini qəbul edir", - deyə bəyanatda qeyd edilir. ("Trend")