Ermənistan kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, İstintaq Komitəsinin xüsusilə mühüm işlərin araşdırılması şöbəsində aparılan cinayət işi çərçivəsində aparılan genişmiqyaslı istintaq-əməliyyat və inzibati tədbirlər nəticəsində müəyyən edilib ki, hərbi rəhbər, general-leytenant rütbəsində olan Calal Harutyunyan elan edilmiş hərbi vəziyyət dövründə xidməti vəzifələrinə səhlənkar münasibət göstərmiş, onları lazımınca yerinə yetirməmişdir. Onun əməlləri ağır nəticələrə səbəb olmuş, öz bölmələri canlı qüvvə və hərbi texnika baxımından külli miqdarda itki vermiş, ehtiyat hissələri döyüş qabiliyyətini itirmiş, atəş mövqeləri Azərbaycan Ordusunun nəzarəti altına keçmişdir”.
Xatırladaq ki, 44 günlük müharibədə PUA-ların hədəfinə çevrilən, ağır yaralansa da, sağ qalan Harutyunyan Ermənistan silahlı qüvvələrinin “canlı əfsanəsi” hesab olunurdu.
Bir gün əvvəl Ermənistan Respublikasının İstintaq Komitəsinin irəli sürdüyü ittihamla məhkəmə digər general Mikael Arzumanyan barədə həbs qətimkan tədbiri seçib.