Bu barədə Ukraynanın strateji sənaye naziri Oleksandr Kamışin milli telemarafonun efirində bildirib.
“Bir neçə ildir Ukraynada müzakirə olunan “Bayraktar” zavodundan danışsaq, bu zavodda artıq tikinti işlərinə başlanılıb. Söhbət Ukraynada istehsaldan gedir”, - deyə O.Kamışin əlavə edib.
Nazir zavodun tikintisi ilə bağlı real addımlara keçirildiyini vurğulayıb.
Ukraynanın Ankaradakı səfiri Vasil Bodnar 2022-ci ilin avqustunda demişdi ki, “Bayraktar” PUA-sının istehsalı üçün zavodun tikintisi bir neçə ay çəkəcək və müəssisə 2023-cü ildə işə başlaya biləcək. Lakin sonradan səfir hərbi əməliyyatlar səbəbindən zavodun inşası planlarına dəyişiklik edildiyini açıqlamışdı. (AZƏRTAC)