Bunu Slovakiyanın iqtisadiyyat naziri Karel Hirman Sofiyada “Bulgartransgaz” (Bolqarıstan), “Transgaz” (Rumıniya), FGSZ (Macarıstan) və “Eustream” (Slovakiya) və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) arasında əməkdaşlığın təşviqi ilə bağlı Anlaşma Memorandumu”nun imzalanması mərasimində bildirib.
Nazir bildirib: “Slovakiya Azərbaycandan əlavə qaz təchizatını təmin etmək üçün regionumuzdakı qaz ötürücü sistemi operatorlarının mövcud infrastrukturundan istifadə edilməsi və onun müasirləşdirilməsi çağırışını alqışlayıb. Mən qazötürücü sistem operatorlarımızın Azərbaycandan Mərkəzi və Şərqi Avropaya yeni dəhlizin yaradılması ilə bağlı təşəbbüsünün reallaşdırılmasına və SOCAR ilə əməkdaşlığa Slovakiya İqtisadiyyat Nazirliyinin tam dəstəyini ifadə etmək istəyirəm”.("AZERTAC")