Bu barədə Türkiyə Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsi Başqanlığı açıqlama verib.
Miqrasiya İdarəsinin məlumatına görə, 8 dekabr 2024 tarixindən sonra könüllü geri dönüşlərin sayı sürətlə artıb. Həmin tarixdən etibarən ümumilikdə 411 min 649 nəfər suriyalı ölkəsinə geri qayıdıb.
2016-cı ildən bəri könüllü şəkildə geri dönən suriyalıların ümumi sayı isə 1 milyon 151 min 652 nəfərə çatıb. Hazırda Türkiyədə müvəqqəti qoruma statusunda olan suriyalıların sayı 2 milyon 543 min 711 nəfərdir.
Nazirlikdən bildirilib ki, geri dönüş prosesinin hər bir mərhələsi Daxili İşlər Nazirliyi Miqrasiya İdarəsinin koordinasiyası ilə bütün aidiyyəti qurumların əməkdaşlığı çərçivəsində həyata keçirilir. (APA)