21.11.2024, 18:08
AZ EN
06.04.2022, 08:00 385

Azərbaycan Sankt-Peterburqda qalib olub - Şərif Ağayarın romanı ilə

XƏBƏRLƏR
  • Azərbaycan Sankt-Peterburqda keçirilən "Oxuyan Peterburq: ən yaxşı xarici yazıçıları seçək" müsabiqəsinin qalibi olub.

Tədbirin təşəbbüskarı, yazar-filoloq Şahnaz Kamal məlumat verib.

O bildirib ki, müsabiqə iki nominasiya üzrə keçirilib: ruscaya çevrilmiş və ruscaya çevrilməmiş xarici yazıçılar.

Birinci nominasiya üzrə Elçin Hüseynbəylinin "On üçüncü həvari və ya 141-ci Don Juan" romanı təqdim edilib və müəlliflə oxucuların onlayn görüşü təşkil edilib.

İkinci nominasiya üzrə Şərif Ağayarın " Arzulardan sonrakı şəhər" romanı təqdim edilib. Şərif Ağayar bu nominasiyada üçüncü yerə çıxıb.

“Arzulardan sonrakı şəhər” romanından bir hissə tərcümə üçün sayta yerləşdirilib və bir neçə tərcümə təqdim olunub. Tərcüməçilər arasında Gülşən Həbibova birinci yerə çıxıb. (yeniyaz.az)

Oxşar xəbərlər