Bu fikirlər şair-jurnalist Mahir Cavadlının “Hökumə” poeamasının təqdimat mərasimində səslənib.
Əvvəlcə ötən il Aktauda qaza enişi etmək məcburiyyətində qalan təyyarədə həlak olan sərnişinlərin və ekipaj üzvlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Təqdimat mərasimində çıxış edən Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, tərcüməçi Səlim Babullaoğlu, kitabın redaktoru, Əməkdar jurnalist Zemfira Məhərrəmli, filologiya elmləri namizədi Tahir Şirvanlı, “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, Azərbaycan Yazıçılar Birliyinin Abşeron bölməsinin sədri, yazıçı-publisist Şəhla Ağbulud, filologiya üzrə fəlsəfə doktoru Şakir Albalıyev və başqaları çıxış edərək poemanın sənətkarlıq, eləcə də dil və üslub xüsusiyyətlərindən, müəllifin mövzuya yanaşma tərzindən, onun sözlə bədii lövhələr, tablolar yaratmaq məharətindən bəhs ediblər.
Müəllifin Milli Qəhrəmanlara həsr etdiyi ikinci poemasının onun yaradıcılığında xüsusi yer tutduğu vurğulanıb. Poemadan bir hissənin isə bəstəkar, Əməkdar incəsənət xadimi Mehriban Əhmədovanın bəstələdiyi “Son uçuş” mahnısı da onun musiqi üçün də uyarlı bir mətn olduğunu təsdiq edir.
Kitabın müəllifi Mahir Cavadlı çıxış edərək onun qələmə aldığı poemaya verdikləri dəyərə görə toplaşanlara təşəkkür edib. (AZƏRTAC)